İnterpress.az xəbər verir ki, ANS televiziyasına müsahibəsində komitənin sədri Aydın Əliyev bildirib ki, Azərbaycanda aksizli mallar istisna olmaqla digər mallar üçün gömrük rüsumları pilləlidir və 0-15 faiz civarında dəyişir: “Bunun üzərinə əlavə dəyər vergisi də gəldikdə, rüsum malın dəyərinin maksimum 35,7 faizi qədər ola bilər. Bu da uzaq xaricdən ölkəyə gətirilən mallar (məsələn, şuba) üçündür.
Azərbaycanda monitorinq aparan Ümumdünya Ticarət Təşkilatı da bu rüsumları normal hesab edir. Əgər biz filtrləşdirmə siyasətinə keçmişiksə ölkədə gömrük rüsumlarına yenidən baxıla bilər. Rüsumlar hətta artırıla bilər ki, biz ucuz və dempinq üsulu ilə Azərbaycana gətirilən mallardan onların daxili istehsaldakı analoqlarını qoruya bilək. Xüsusilə də yeyinti məhsullarını, kənd təsərrüfatı mallarını qorumalıyıq, ölkədən valyuta axınının qarşısını almalıyıq”.
İnterpress.az