Sularının qiyməti niyə qaldırıldı?backend

Sularının qiyməti niyə qaldırıldı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”İnterpress” azadliq.info-ya istinadən xəbər verir ki, artıq Bakı şəhərindəki mağazalarda 19 litrlik balonlarda satılan “Slavyanka 1″ markalı təbii bulaq suyunun qiyməti 50 qəpik bahalaşaraq 4 manat olub. Əvvəl bu məhsul 3 manat 50 qəpiyə satılırdı.

Mağazalardan birinin satıcısı bildirib ki, məhsulun istehsalçısı “Gədəbəy Mineral Suları” MMC-də qiymət artımının səbəbini istehsal xərclərinin artması ilə əsaslandırırlar.

Xatırladaq ki, “Slavyanka” sularının mənbəyi Gədəbəyin Slavyanka kəndində yerləşən “Novlu” bulağıdır. “Gədəbəy Mineral Suları” fabriki isə 2010-cu ildə Gədəbəy rayonunun Zəhmət kəndində istifadəyə verilib.

İnterpress.az