Əhaliyə zərərli kartof satılırbackend

Əhaliyə zərərli kartof satılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İnterpress” Modern.az-a istinadən xəbər verir ki, bu sözləri kənd təsərrüfatı üzrə tanınmış ekspert Vahid Məhərrəmli bəzi işbazların əhaliyə ucuz qiymətə sırıdığı kartof məhsulunun keyfiyyətindən danışarkən bildirib. Mütəxəssisin sözlərinə görə, əslində texniki sort kartof spirt, kraxmal, plastmas istehsalında, yemlik sort kartof isə heyvandarlıqda şirəli yem kimi istifadə üçün nəzərdə tutulur. “Texniki və yemlik sort kartofların məhsuldarlığını artırmaq məqsədilə istehsal zamanı zəhərli kimyəvi maddələrdən, pestisidlərdən daha çox istifadə olunur. Ona görə də onlardan qida kimi istifadə etmək insan orqanizmi üçün zərərlidir”.

Qeyd edək ki, hazırda bazarda yerli məhsullarla yanaşı, Rusiya, Türkiyə, İran, Pakistandan gətirlmiş kartoflar da satılır. Xarici ölkələrdən gətirilən kartof yerli malla müqayisədə nisbətən ucuz qiymətə satıldığından, əhalinin aztəminatlı hissəsi də məhz həmin məhsullardan almağa məcburdur.

Məsələn, indi bazarda keyfiyyətli Gədəbəy və Tovuz kartofunın 1 kq-ı 1 man.-1 man. 20 qəpiyə satıldığı halda, Rusiyadan gətirilən kartofun 1 kq-ı 70-90 qəpiyə təklif olunur. Halbuki ki, xaricdən çox ucuz qiymətə alınan texniki sort kartofun gömrük xərcləri də ödənildikdən sonra kq-ı maksimum 30 qəpiyə satıla bilər. Amma işbazlar bazarda onu əhaliyə dəyərindən dəfələrlə baha sırıyırlar
.
Mütəxəssislər hesab edirlər ki, Azərbaycanın Cəlilabad, Gədəbəy, Tovuz, Şəmkir rayonlarda ən keyfiyyətli və məhsuldar ərzaq kartofu istehsalı mümkündür ki, buna da hökumətin dəstəyi lazımdır.

İnterpress.az