Mahmudov getdi, davamçıları qaldı?backend

Mahmudov getdi, davamçıları qaldı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bulvar İdarəsinə birləşdirilən Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədovun əleyhinə daha bir şəxsin ifadə verməsi haqda xəbər vermidik. Bu günlərdə məlum olub ki, Məmməd adlı usta istintaqa ərizə verərək Rəşad Məmmədovun ona gördüyü işə görə 2 min manat borcu olduğunu bildirib.

Vaxtilə Eldar Mahmudovun villalarından birində çalışmış bu şəxsin ərizəsinin araşdırlıb-araşdırılmaması haqda məlumat yoxdur. Ustanın istintaqa ərizə ilə müraciət etməsi iş üzrə digər ərizəçi Zabil Salmanovun ərizəsini geri götürməsi haqda məlumatların dövriyəyə daxil olmasından sonraya təsadüf etməsi suallar doğurub, maraqlı versiyalar üçün əsasa çevrilib.
Belə məlumatlar yayılıb ki, Eldar Mahmudov vəzifədən uzaqlaşdırılsa da, onun rəhbərlik etdiyi qurum ləğv edilsə də, onun özü ev dustaqlığında olsa da, ətrafının hələ də adamlara təsir etmək, yönləndirmək imkanları tükənməyib. Məmməd adlı ustanın Zabil Salmanovun ərizəsini geri götürəndən sonra ortaya çıxması təsadüfdürmü? R.Məmmədovun evində illər əvvəl çalışmış ustanın indi “pulumu verin” iddiası ilə ortaya çıxması qəribə deyil?

Bu suallara ustanın müraciət etdiyi orqanın müstəntiqləri cavab versə, daha yaxşı olar. Bəs Z.Salmanovun ərizəsi necə oldu? O, ərizəsini geri götürə bildimi?

Mahmudov getdi, davamçıları qaldı?

Zabil Salmanovun nümayəndəsi, tanınmış hüquqşünas Aslan İsmayılov “Yeni Müsavat”a bildirib ki, Zabil Salmanov hədə-qorxulara məruz qalaraq həmin ərizəni yazdığını, E.Mahmudov işdən çıxarılandan dərhal sonra ona zorla yazdırılan ərizədən imtina etməsi haqda yeni ərizə ilə hüquq mühafizə orqanlaırnın rəhbərlərinə müraciət edib: “Zabil Salmanovu MTN-ə çağırıb, hədə-qorxu gələrək, mənim də adımı hallandırmaqla borca salıb 500 min manata yaxın pulunu alıblar. Rəşad Məmmədov həbs olunandan sonra isə onu yenidən MTN-ə çağırıblar. Bu dəfə ona bildiriblər ki, Rəşad Məmmədovun əleyhinə ifadə verməlidir. Zabil Salmanov bu şəxsi tanımadığınından ifadə verməkdən imtina edib. Səhərisi gün Zabil Salmanovu yenidən zorla apararaq MTN rəhbərliyi bütün təzyiq imkanlarından istifadə edib məcburi şəkildə Rəşad Məmmədovun əleyhinə ifadə alıblar. \”MTN işi\” başlayandan sonra isə Zabil Salmanov dərhal Baş Prokurorluğa müraciət edərək baş verənləri olduğu bu qurumun rəhbərliyinin diqqətinə çatdırıb və elə orada da birinci dəfə bilib ki, 4 uşaq atası olan Rəşad Məmmədov ancaq ondan zor gücünə alınmış ifadəyə görə aylardır ki, həbsdədir. Elə həmin günlər əlavə olaraq MTN yeni rəhbərliyinə də bu qanunsuzluq barədə müraciət etdi. Artıq üstündən aylar keçsə də, ancaq nə bir qanunsuz ifadə əsasında həbsdə olan Rəşad Məmmədov azad olunmayıb, nə də Zabil Salmanovdan zor gücünə alınmış 500 min manata yaxın pul qaytarılıb. Əksinə, son günlər baş verənlər MTN-nin keçmiş rəhbərliyinin hələ də güc sahibi olduğunu deməyə əsas verir. Belə ki, son günlər Zabil Salmanovdan Respublika Prokurorluğuna verdiyi şikayət ərizəsindən imtina etməyi və MTN-də zorla Rəşad Məmmədovun əleyhinə alınmış ifadəni təsdiq etməyi tələb edirlər.

Özü də bunu baş prokurorun adından edirlər. Əminəm ki, bu yazını oxuyan respublika prokurorluğunun rəhbərliyi müvafiq tədbir görəcək, adlarından istifadə edənləri cəzalandıracaq\”.

A.İsmayılov bildirdi ki, Z.Salmanovun imtina ərizəsinə baxılmayacağı təqdirdə baş verənlərlə bağlı prezidentə müraciət edəcəklər.(musavat)

İnterpress.az