Bakı Mertopoliteni: 20 yanvarla bağlı xüsusi tədbirlər planı hazırlanıbbackend

Bakı Mertopoliteni: 20 yanvarla bağlı xüsusi tədbirlər planı hazırlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə \”Bakı Metropoliteni\” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.

N.Paşayev bildirib ki, təmsil etdiyi qurum həmin gün bir sıra tədbirlər həyata keçirəcək: \”Hər il olduğu kimi, bu il də Bakı Metropoliteni bütün kollektivlə faciə gününü yad edəcək. Bu il də bütün stansiyalar qara lentli qərənfillərlə bəzədiləcək, bütün stansiyalarda həzin musiqilər səsləndiriləcək. Ümumxalq Hüzn Günü ilə əlaqədar metroda dünyasını dəyişən şəhidlərin xatirəsinə adlandırılmış \”20 Yanvar\” stansiyasında xüsusi anım mərasimi təşkil olunacaq. Bundan əlavə, \”20 Yanvar\” stansiyası bütünlüklə, hətta platformalar da qızılgüllərlə bəzədiləcək, stansiyada güllərdən xüsusi ekspozisiya hazırlanacaq. Saat 12 tamamda isə metroda bütün qatarlar dayandırılacaq, eyni anda fit veriləcək, sonra isə faciə qurbanlarının xatirəsi sərnişinlərlə birlikdə bir dəqiqəlik sükutla yad ediləcək\”.

N.Paşayev deyib ki, hüzn günü olmasına baxmayaraq, qatarların hərəkət qrafikində və metronun iş rejimində hər hansı dəyişikliyin olacağı gözlənilmir.(trend)

İnterpress.az