Şəkidə sirkə turşusu içən 55 yaşlı kişi ölübbackend

Şəkidə sirkə turşusu içən 55 yaşlı kişi ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəki Şəhər-Rayon Polis Şöbəsindən verilən məlumata görə, Şəki şəhəri M. Ə. Rəsulzadə küçəsi dalan 4, ev 13 ünvanında yaşayan 1961-ci il təvəllüdlü Ramiz Şahid oğlu Həmzəyev sirkə turşusu zəhərlənməsi ilə ötən gün səhər saatlarında Şəki Rayon Mərkəzi Xəstəxanasında ölüb.

55 yaşlı Ramiz Həmzəyevin yanvarın 14-də axşam saatlarında yaşadığı ünvanda sərxoş vəziyyətdə səhvən sirkə turşusu qəbul etdiyi və ağır vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirildiyi bildirilir.

Faktla bağlı Şəki rayon Prokurorluğunda araşdırma aparılır.

İnterpress.az