Azərbaycan isə milli valyutaya qarşı xarici təzyiqlərə xeyli müddət davam gətirərək ancaq ötən ilin fevralında ilk devalvasiyanı həyata keçirdi. Lakin bu da manata təzyiqləri azaltmadı, əksinə ölkədə güclü dollar ajiotajı baş qaldırdı və Mərkəzi Bank ötən ilin dekabrında ikinci devalvasiyanı elan edərək tənzimlənən üzən məzənnə siyasətinə keçidi elan etdi.
Virtualaz.org saytı bundan əvvəl Ukrayna Milli Bankının yürütdüyü monetar siyasət barədə bu ölkənin baş bankiri Valeriya Qontarevanın müsahibəsini dərc etmişdi. Ukrayna Milli Bankının rəhbəri deyirdi ki, Yanukoviç hökumətinin fiksə edilmiş məzənnə siyasəti ölkə iqtisadiyyatına zərər vururdu. Bu ölkədə hakimiyyət dəyişikliyindən sonra Milli Bank üzən məzənnə siyasətinə keçib və qrivna üç dəfəyə yaxın dəyər itirsə də hazırda vəziyyəti stabilləşdirmək mümkün olub.
Qonşu Gürcüstan da Azərbaycandan daha əvvəl milli valyutanın dəyərdən düşməsi prosesini yaşamışdı. İndi Gürcüstan Milli Bankının keçmiş prezidenti, nüfuzlu iqtisadçı Roman Qotsiridze “Tabula” adlı nəşrə açıqlamasında deyir ki, Azərbaycanda tüğyan edən valyuta böhranı hökumətin belə vəziyyətlərdə nə etməli olduğunun bariz nümunəsidir.
İnterpress.az