Bu barədə Baku.ws saytının redaksiyasına şikayət daxil olub. Şikayət edən vətəndaş bununla bağlı video göndərib. Videodan da görmək olar ki, 10-TH-764 dövlət nömrə nişanlı avtomobilin sürücüsü şəhərin mərkəzində maşını saxlayır və aşağı düşür. Hərəkətin gur olduğu vaxtda, saxlanma qadağan olduğu yerdə taksini saxlayan sürücü narazılıqlara baxmayaraq heç kimi saymadan özbaşınalıq edir.
Yaxşı olardı ki, sürücülər kimliyindən asılı olmayaraq bir az məsuliyyətli olardılar. Özlərindən başqa qarşısında olan yol hərəkəti iştirakçısını da düşünməlidirlər. Çünki onların etdikləri sabah öz başlarına gələ bilər.
İntepress.az