Hadisə paytaxtın Qara Qarayev prospektində qeydə alınıb. Bakı şəhər sakini Rauf Atakişiyev idarə etdiyi “Lada” markalı avtomobillə yolu keçən 68 yaşlı Antolina Kuznitsova və onun nəvəsi, 9 yaşlı Ariyana Kuznitsovanı vurub. Nəticədə nənə aldığı xəsarətdən hadisə yerində ölüb, nəvəsi isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
İnterpress.az