Pərviz Müşərrəfə bəraət verilibbackend

Pərviz Müşərrəfə bəraət verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

O, 2006-cı ildə Bəlucistan vilayəti millətçilərinin lideri Əkbər Buqtinin ölümündə təqsirli bilinirdi.

Pərviz Müşərrəf 2013-cü ilin oktyabrında zaminə buraxılıb. Bununla yanaşı, onun bir neçə digər cinayət hadisələrində də adı hallanırdı. “Məhkəmə keçmiş prezident Pərviz Müşərrəfə və adları hallanan digər şəxslərə qarşı bütün ittihamları ləğv edib”,- deyə adı cinayət işində keçən sabiq daxili işlər naziri Aftab Şerpao deyib.

Bununla yanaşı, P. Müşərrəf 2007-ci ildə ölkədə fövqəladə vəziyyət elan etdiyi və Ali Məhkəmənin sədrinin həbs etdirdiyi üçün dövlət çevrilişində də ittiham edilir. O, 2001-2008-ci illərdə Pakistan prezidenti olub.(rianovosti)

İnterpress.az