Ərəb Əmirliklərinə neft zərbəsibackend

Ərəb Əmirliklərinə neft zərbəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın 10 ildən çoxdur ki, dünya bazarına çıxarılmayan neftinə qoyulan qadağa bazar günü götürülüb. Bir günün nəticəsi dünyanı heyrətləndirib. Belə ki, İran neftinin dünya bazarına çıxması Səudiyyə Ərəbistanına 27 milyarlıq ziyan vurub. Bu ancaq bir günün yarısına olan məlumatdır.

İnterpress.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, enerji ekspertləri Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) neft ixracını dayandıracağı proqnozunu veriblər.
Eyni zamanda BƏƏ-nin baş naziri, Dubayın əmiri Şeyx Məhəmməd bin Rəşid Əl Məktum da sosial şəbəkədə nikbin olmayan proqnoz verib. O, “Twitter” səhifəsində “yaxın vaxtda BƏƏ-dən sonuncu neft barreli ixrac ediləcək” yazmaqla ərəb neftinin gərgin durumunu açıqlayıb.

Baş nazir hökumət yaxın gələcəkdə ölkədə qeyri-neft sektorunu inkişaf etdirmək qərarını da açıqlayıb.

Abuzər
İnterpress.az