ETSN: Yaxın günlərdə Bakı və Abşeron yarımadasında kəskin soyuqlar gözlənilmirbackend

ETSN: Yaxın günlərdə Bakı və Abşeron yarımadasında kəskin soyuqlar gözlənilmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

O bildirib ki, sabah gün ərzində paytaxtda mülayim cənub küləyinin üstünlüyü müşahidə olunacaq, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq: “Yanvarın 19-da şimal və qərb rayonlarında, yanvarın 20-də isə bəzi yerlərdə yağış yağacaq, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimal olunur. Yanvarın 20-i paytaxtda arabir güclənən şimal-qərb küləyi əsəcək”.

G. Məmmədova qeyd edib ki, yaxın günlərdə Bakı və Abşeron yarımadasında kəskin soyuqlar gözlənilmir: “Hava şəraiti ilə bağlı hər hansı dəyişiklik olsa, əlavə məlumat veriləcək”.

İnterpress.az