Kürdlər Avropanın soyuğuna dözmədilərbackend

Kürdlər Avropanın soyuğuna dözmədilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Avropadan geri dönən kürdlər “Soyuq hava İŞİD-dan betərdir” deyirlər.
Şimali Avropa və Almaniyada havanın tempuraturunun 20-yə düşməsi iraqlıları geri dönməyə vadar edib.
Finlandiyanın Lahti şəhərindəki qaçqın düşərgəsinin rəhbərlərindən İhsan Hasan da vəziyyətin çox gərgin olduğunu bildirib: “Son aylar 4 qaçqın düşərgəsindən, cəmi 27 nəfər geri qayıtmaq istədiyini demişdi. Bu gün bu say 248-ə çatıb.
Düşərgədən ayrılmaq istəyən kürdlər şimali İraqa geri dönəcəklərini bildiriblər. Qaçqınlar Finlandiyanın soyuq havasına dözə bilmədilər. Havaların soyuması, düşərgələrdəki isitmə problemini qabartdı. Gəlmələr də bu soyuğa dözmədilər”.
Təyyarə biletinin bahalığı ucbatından vətəninə geri dönə bilməyən kürd qaçqın Gavur Məla mətbuata verdiyi açıqlama ilə gündəmə gəlib. O, deyib ki, Avropanın soyuğu İŞİD-dan daha təhlükəlidir.
Almaniyaya sığınan bir kürd qaçqın isə deyib ki, bu ölkədə yaşamaq mümkün deyil: “Burada çox sıxıldıq. Ayda bizə 70-80 avro pul verirlər. Bu pul isə ancaq qida almağa çatır. Geri dönməyə məcburuq”.
Qeyd edək ki, 2015-ci ildə Almaniyaya üz tutuan qaçqınların sayı 1 milyonu keçib. BMT-nin son hesabatına görə 2015-ci ildə Türkiyədən Yunanıstana keçənlərin sayı 844 176 nəfər olub. İraqdan və Suriyadan qaçanlar Türkiyədən Yunanıstana, oradan isə digər Avropa ölkələrinə üz tuturlar.

Kürdlər Avropanın soyuğuna dözmədilər

Kürdlər Avropanın soyuğuna dözmədilər
Kürdlər Avropanın soyuğuna dözmədilər
Kürdlər Avropanın soyuğuna dözmədilər
Kürdlər Avropanın soyuğuna dözmədilər

Abuzər Azəroğlu

İnterpress.az