Gələn həftə İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin Fransaya səfəri gözlənilir. ANS PRESS-in məlumatına görə, burada o Fransa prezidenti Fransua Ollandla görüşəcək. Prezidentlərin görüşü Fransanın paytaxtı Parisdə baş tutacaq.
Fransanın Xarici İşlər naziri Loran Fabius yanvarın 28-də Həsən Ruhaninin və Fransa prezidenti Fransua Ollandın görüşəcəyi xəbərini təsdiqləyib.
Bir neçə gün əvvəl “Reuters” xəbər agentliyi İran prezidentinin Avropaya səfər edəcəyini və bu səfərinə ilk olaraq İtaliya və Fransadan başlayacağı haqqında məlumat verib.
Bu səfər İrana qarşı sanksiyalar aradan qaldırıldıqdan sonra İran İslam Respuplikası prezidentinin Avropaya ilk səfəridir.
İnterpress.az