Azərbaycanda “donuz qripi“ ilə bağlı açıqlamabackend

Azərbaycanda “donuz qripi“ ilə bağlı açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova deyib.

Onun sözlərinə əsasən, Nazirliyin gücləndirilmiş iş rejimində apardığı profilaktik tədbirlər nəticəsində heç kəs bu qripə tutulmayıb.

Faktı Respublika Taun əleyhinə Stansiyadan da təsdiqlədilər: \”İndiyənədək 300-dən çox qrip tutanlar özləri şübhələnərək poliklinikalara müraciət ediblər. Lakin onların heç birində bu virus aşkar olunmayıb\”.

Yanvarın 15-də Bakıda “donuz qripi\” ilə əlaqədar Səhiyyə Nazirliyi iki palata yaradıb. Nazirlikdən verilən məlumata görə, qonşu ölkələrdə H1N1 (“donuz qripi”) virusunun yayılması ilə əlaqədar “donuz qripi”nə qarşı profilaktik tədbirlərin gücləndirilməsi ilə bağlı səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən imzalanan 8 dekabr 2015-ci il tarixli əmrinə əsasən Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda bir şöbə ayrılıb, bu şöbədə 8 boks tipli palata var.

\”Bu bokslar mənfi təzyiqli palatalardır, hava daim ventilyasiya sistemi ilə təmizlənir və virus ətrafa yayılmır. Eyni zamanda dərman və xüsusi fərdi qoruyucu vasitələr tədarük edilib, personal təlimatlandırılıb.

Qrip əlamətləri olan insanlar aşağıdakılara əməl etməlidirlər:

Azərbaycanda “donuz qripi“ ilə bağlı açıqlama

Qeyd edək ki, son bir aya yaxın qonşu ölkələrdə donuz qripi yayılıb. Hətta, bu xəstəlik nəticəsində Türkiyədə 3, Ermənistanda 5, İranda isə 35 nəfər ölüb. Bu gün isə Gürcüstan saytları artıq ölkələrində də bir nəfərin A/H1N1 virusundan öldüyü haqqında məlumat yayıb.

“Donuz qripi\” – insanlar arasında yayılan müxtəlif A/H1N1 viruslarının qarışığından yaranan xəstəlikdir. Bu virusa ilk dəfə 2008-ci ilin aprelində Meksikanın La-Qloriya kəndində yaşayan beş yaşlı oğlan Edqar Ernandes donuz ferması yaxınlığında yoluxub. ( anspress.com )

İnterpress.az