Astaranın icra başçısı qaçdıbackend

Astaranın icra başçısı qaçdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Astara rayonunda da sosial problemlərlə bağlı etirazlar başlayıb.Rayonun Şahağacı kəndində sakinlər ikinci Astara-Bakı yolunu tutmağa cəhd ediblər. Bu barədə Astara rayon sakini Elçin İbrahimli azadlıq.org-a məlumat verib.
Son məlumatlarda isə yerli sakinlərlərin əsasən bank borclarına görə etiraz etdikləri bəlli olub. Hadisə yerinə yeridilən polis etirazçıların qarşısını almaqda acız qalıb. Qarşıdurmanın günorta saatlarına qədər uzandığını deyən mənbə Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin rayondan qaçdığını iddia edir.

İnterpress.az