Bakının Sabunçu rayonunda ölümlə nəticələnən qətl hadisəsi baş verib. Hadisə rayonun İlyas Aslanov küçəsində baş verib. 32 yaşlı Xəlilov Məlik Ağarəhim oğlu ilə qardaşı 22 yaşlı Faiq arasında şəxsi münasibətlər zəmnində mübahisə düşüb. Mübahisə əsnasında Faiq Xəlilov Məlik Xəlilovu bıçaqlayıb.
Məlik Xəlilov ailə üzvləri təfərindən xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Məlum olub ki, bıçaq zərbəsi Məlik Xəlilovun ürək nahiyəsindən dəyibmiş.
Bundan sonra qanlı hadisəyə rayon polis idarəsinin və prokurorluğunun əməkdaşları qarışıb.
Ərazidə hüquq-mühafizə orqanlarının nümayəndələrindən ibarət əməliyyat-istintaq qrupu tərəfindən müayinələr aparılıb. Hadisəni törətməkdə şübhəli bilinən Faiq Xəlilov Sabunçu rayon polis idarəsinin 12-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. O dindirilməsi üçün rayon prokurorluğuna təqdim edilib. Faktla əlaqədar cinayət məcəllənin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.
İnterpress.az