İnterpress.az-ın verdiyi xəbərə görə, Molla Cümə küçəsindəki evdə anası ilə birgə qətlə yetirilən 34 yaşlı Aleksandr Məhərrəmov \”Biznes Dialoq\” konsaltinq-biznes xidmətləri şirkətinin rəhbəri olub. O, həm də business-dialogue.az saytının təsisçisi və rəhbəri olub, Azərbaycan Dövlət Neft Akademiyasını bitirib.
Hazırda qətllə bağlı hüquq-mühafizə orqanları araşdırmaları davam etdirir. Əməliyyat-axtarış tədbirləri aparılır. Qətlin hansı şəraitdə və hansı səbəbdən törədilməsi hələlik tam məlum deyil.
İnterpress.az