E. Rüstəmov bildirib ki, hal-hazırda bu məsələ \”bizim iqtisadi komandanın gündəliyinə daxildir və müzakirə olunur\”.
Müxbirimizin \”5 000 dollaradək olan kreditlər köhnə məzənnə ilə ödənilə bilərmi?\” sualına baş bankir bu cür cavab verib: \”5 000 dollaradək kredit götürən müştərilərə müəyyən güzəştlər ola bilər. İlkin hesablamalara görə, söhbət 250 milyon manatdan gedir. Burada əsas məsələ kompensasiyanın maliyyə mənbəyini tapılmasıdır. Bu təkcə Mərkəzi Bankın səlahiyyətinə aid olan məsələ deyil, buna bütövlükdə Azərbaycanın iqtisadi komandası qərar verməlidir\”.
İnterpress.az