Hacı İbrahim Nehrəmli: ““Xəzər Adaları”nın inşası davam etdiriləcək”backend

Hacı İbrahim Nehrəmli: ““Xəzər Adaları”nın inşası davam etdiriləcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu haqda İnterpress.az saytına “Avesta” konsernin prezidenti Hacı İbrahim Nehrəmli məlumat verib. O qeyd edib ki, hazırda danışıqlar gedir:

“Müəyyən işlər görməyə başlamışıq. 1-2 ay ərzində güclü iş gedəcək. İşlər tam olaraq başlayandan sonra ətraflı məlumat verəcəyəm”.

Azərbaycanda regionun və həm də elə dünyanın ən iri layihələrindən biri olan “Xəzər Adaları” – “Khazar İsland”ın inşasını həyata keçirən “Avesta” konserninin ciddi maliyyə böhranı ilə üzləşdiyindən işləri dayandırdığı bildirilirdi.

Konsernin rəhbəri İbrahim Nehrəmli hələ 2011-ci ildə bu ideyanın Dubaya səfəri zamanı meydana gəldiyini açıqlamışdı. O, üç mərhələdə həyata keçiriləcək tikintiyə ümumilikdə 60 milyard dollar xərclənəcəyini bildirmişdi:
“Birinci mərhələ 12 milyard, ikinci mərhələ 18 milyard dollar, üçüncü mərhələyə isə 30 milyard dollar vəsait xərcləməyi nəzərdə tuturuq”.
Şirkət rəhbəri həmin vaxt verdiyi açıqlamasında bütün işlərin 2016-ci ilə yekunlaşacağını bəyan etmişdi.(modern)

İnterpress.az