Qurumdan AzNews.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məktəbin şagirdləri arasındakı insident tənəffüs vaxtı baş verib: “Hadisə ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Daxili Nəzarət sektoru və hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır”.
Bıçaqlanan şagirdin vəziyyəti ilə bağlı 1 saylı Şəhər Kliniki Xəstəxanası ilə əlaqə saxladıq. Xstəxanadan AzNews.az-a bildirildi ki, bıçaqlanan Xəqani Ramazanovun vəziyyəti hazırda yaxşıdır və cərrahiyə şöbəsindən palataya köçürülüb.
Xatırladaq ki, 286 saylı orta məktəbin 9-cu sinif şagirdi, 2001-ci il təvəllüdlü Arif Qəhrəmanov məktəb yoldaşı, 1999-cu il təvəllüdlü Xəqani Ramazanovu bıçaqlayıb
İnterpress.az