Qaz sızmasından partlayış oldu – 1 uşaq öldübackend

Qaz sızmasından partlayış oldu – 1 uşaq öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, dünən saat 21 radələrində Qəbələ rayonunun Aydınqışlaq kənd sakini Yulət Cabbarovun evində təbii qazın sızmasından yanğına keçən ani partlayış baş verib.

Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb. Y.Cabbarlının azyaşlı qızı Xədicə isə tüstüdən boğularaq ölüb.

Araşdırma aparılır.

İnterpress.az