Vahid Əhmədov əsas mexanizmi AÇIQLADIbackend

Vahid Əhmədov əsas mexanizmi AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Milli Məclisin növbədənkənar iclasında deputat Vahid Əhmədov deyib. O, ölkədə unun və çörəyin qiymətinin stabilləşdirilməsinin çox vacib qərar olduğunu qeyd edib. Deputat bildirib ki, son dövlər qəbul edilən qərarlar çox ciddi addımlardır.

Parlament üzvü qeyd edib ki, hər qərarın, qanunun arxasında müəyyən məbləğdə maliyyə vəsaiti dayanır və Azərbaycanın kifayət qədər maliyyət ehtiyatları var.

Deputat deyib ki, “Əmanətlərin sırğortalanması” və “Əmanətlərin tam sığortalanması” haqqında qanunlar bank sistemində sağlamlaşdırma işlərinə yardımçı olacaq, insanların banklara etibarını artıracaq. “Təklif olunan digər qanun layihəsinə görə, Azərbaycandan kənara 50 min dollardan artıq vəsaitin köçürülməsi dövlət büdcəsinə müəyyən verginin ödənilməsi ilə bağlıdır. Bu, bank sisteminə əhalinin etibarlılığını artıracaq.

Bu sənədlər çox önəmlidir. Qanun layihələrin tətbiqinin nəticələrini bir ildən sonra görəcəyik. 7 il müddətinə avadanlıqların Azərbaycana gətirilməsinin vergidən azad edilməsi də iqtisadiyyatımızın inkişafına xidmət edəcək”, – deyə əlavə edən deputat əsas mexanizmin qanunların icrası olduğunu bildirib.

İnterpress.az