Çində ümumi daxili məhsul (ÜDM) dördüncü rübdə 2009-dan bu yana ən yavaş sürətlə artarkən, sənaye istehsalı, pərakəndə satışlar və investisiyalar yavaşlayıb.
Analitiklər bildirirlər ki, Çində açıqlanan göstəricilər aşağı çıxsa da, qorxulu qədər pis deyil. Buna görə, neft, buğda və mis daxil bir çox əmtəələr bahalaşır.
Neft qiymətləri bu il Çin bazarlarındakı qeyri-müəyyənlik və İranın xam neft satışına tətbiq edilən məhdudiyyətlərin qaldırılacağı və bunun nəticəsində qlobal təklif bolluğunun davam edəcəyi narahatlıqları ilə 22 faiz düşüb. Goldman Sachs Group Inc, İranın ilk rübdəki istehsal artımının onsuz da qiymətlərdə əks olunduğunu qeyd edib.
Brent nefti, Londonda ICE Futures Europe bazarında 4,5% bahalaşaraq 29.97 dollara qədər , Qərbi Texas nefti (WTI), Nymex bazarında, 3.2% qalxaraq 29.95 dollara çıxıb.
İnterpress.az