“Dollar 100 rubla bərabər ola bilər”backend

“Dollar 100 rubla bərabər ola bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dollar/rubl məzənnəsi, bazar ertəsi 78,90-a qədər yüksəlib. Bank of America Merrill Lynch-ın araşdırmasına görə, neftin düşməsi səbəbindən, Rusiyadakı büdcə kəsirinin 3%-dən aşağıda saxlanması üçün rublun dollar qarşısında 94-95 səviyyələrinə qədər düşməsi lazımdır.
Mərkəzi Hollandiyada olan maliyyə qurumu Rabobankın apardığı bir tədqiqatda da dollar/rubl məzənnəsinin 80-90 səviyyələrinə gələcəyi, 100 səviyyəsinin də mümkün olduğu qeyd olunub.

BÖHRAN XƏBƏRDARLIĞI

Yeri düşmüşkən, Rusiyanın maliyyə naziri Anton Siluanov, ölkədə 1998-ci ildəkinə bənzər bir böhran yaşanacağı barədə xəbərdarlıq edib.

Qeyd edək ki, ötən il Azərbaycan qonşu ölkələrin valyutalarının dəyərdən düşməsi səbəbindən 2 dəfə devalvasiyaya gedib. Rublun dəyərdən düşməkdə davam etməsi, Manata təzyiq yaradır.

İnterpress.az