Polis Müsavatın qərargahını mühasirəyə aldı – TƏCİLİbackend

Polis Müsavatın qərargahını mühasirəyə aldı – TƏCİLİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəlilabaddan müsavat təşsilçilərinin “Basta”ya verdiyi məlumata görə, səhərdən 100 nəfərə yaxın polis işçisi qərərgahı mühasirəyə alıb, girişi qadağan edirlə: “Hər il yanvarın 20-də müsavatçılar Cəlilabaddakı Şəhidlər Xiyabanını ziyarət edirlər. Bu gün də yürüşlə Şəhidlər Xiyabanını ziyarət etmək barədə qərar qəbul olunub. Əhalinin onlara qoşulacağını bilən hakimiyyət bunun qarşısını almaq istəyir. Müsavatçıları avtobusla şəhidlər xiyabanına aparmaq istəyirlər.

Bu foto keçən il yanvarın 20-də Cəlilabaddakı Şəhidlər Xiyabanında çəkilib. Bu il anıt mərasiminə yüzlərlə insanın qoşulacağı gözlənilir.

Polis Müsavatın qərargahını mühasirəyə aldı – TƏCİLİ

Saat 10:45-də Müsavat başqanının müşaviri Hidayət İsmayılovdan “Basta” əməkdaşının aldığı məlumata görə, polis müsavatçıların qərargahdan çıxmasına imkan vermir. Hazırda qərargahda təqribən 30 nəfər var. Digər müsavatçıların isə qərargaha girməsinə və buradakı müsavatçılarla birləşməsinə imkan verilmir.(Bastainfo.com)

İnterpress.az