Onların sözlərinə görə, direktorun müəllimlərdən pul yığması barəsində dəlillərlə yuxarı orqanlara müraciət etsələr də elə Reyhan Cəfərovaya pul verən müəllimlərin ərizəsi ilə iş bağlanıb: \”Bu dəfə sizə dirketorun pul yığması barədə qeydlərin olduğu dəftərin surətini göndəririk. Bu barədə aidiyyəti qurumlar tədbir görmək istəsələr də heç bir iş görülməyib, çünki yerli İcra Hakimiyyətinin rəhbəri ilə Reyhan Cəfərovanın əlaqəsi onu bu kimi bəlalardan qoruyur. Bu dəfə İcra Hakimiyyətinin direktoru necə qoruyacağını səbirsizliklə gözləyirik\”.
Xatırladaq ki, Cəlilabad rayonunun icra hakimi Əziz Əzizovdur.
İnterpress.az