O bildirib ki, bəzi insanların sosial çətinliklərini ifadə etməsi heç də qeyri-adi qarşılana bilməz: \”Onlar bu və ya digər problemlərini qaldıra, qanunla nəzərdə tutulmuş şəkildə onları ifadə edə və müvafiq qurumlara öz tələblərini çatdıra bilərlər. Buna görə heç kəsi ittiham etmək olmaz. Amma kimlərsə bu şəraitdən istifadə edərək öz qərəzli mövqelərini həyata keçirmək, Azərbaycandakı ictimai-siyasi durumu gərginləşdirmək, xalqla dövlət arasında münasibətlərə xələl gətirmək istəyirlərsə, əlbəttə ki, bunun öz hüquqi qiyməti var\”.
B.Muradova əlavə edib ki, Azərbaycan dövlətinin, onun müvafiq qurumlarının bu məsələdə mövqeyi qəti və aydındır.
İnterpress.az