Millət vəkilinin 700.000 manatını oğurlayanlar kimdir?backend

Millət vəkilinin 700.000 manatını oğurlayanlar kimdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlumata görə, Odlar Yurdu Universitetinin rektoru, millət vəkili Əhməd Vəliyevin iş otağı qarət olunub. Criminal.az-a daxil olan məlumata görə, yanvarın 8-də naməlum şəxslər rektorun iş otağına girərək içərisində 700 min manat məbləğində pul olan seyfi oğurlayıb.

Artıq həmin hadisədən 12 gün keçməsinə baxmayaraq, oğrular hələ də azadlıqdadır. Nərimanov rayon Polis İdarəsindən Criminal.az-a bildirildi ki, oğurluq hadisəsi ilə bağlı saxlanılan yoxdur.

İnterpress.az