Məşhur universitetdə terror-25 ölü -VİDEO YENİLƏNİBbackend

Məşhur universitetdə terror-25 ölü -VİDEO YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistanın Xeybər-Pahtunhva əyalətində univeristətə edilən hücum zamanı ölənlərin sayı rəsmi olaraq açıqlanıb.

İnterpress.az xəbər verir i, Pakistanın informasiya naziri Şaukat Yusufzadə terror nəticəsində 25 nəfərin öldüyünü açıqlayıb.

Terror aktına görə, Taliban məsuliyyəti üzərinə götürüb.
*** *** ***
Pakistanın Xeybər-Pahtunhva əyalətinin Çarsadda şəhərində 3 silahlı şəxs universitetə hücum edib.
İnterpress.az-ın verdiyi xəbərə görə, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə yerində 2 partlayış olub. Əlisilahlılar siniflərə, yataqxanalara, tələbə və müəllimlərə atəş açdıqları bildirilir.
Ölən və yaralananlar barədə dəqiq məlumat yoxdur. Bəzi KİV-lərin yaydıqları informasiyada qeyd olunur ki, hadisə nəticəsində 13 nəfər ölüb, 42 nəfər yaralanıb.
Hələ ki, heç bir terror təşkilatı hadisəni boynuna götürməyib. Amma terror Taliban yaraqlılarının törətdiyi ehtimal edilir.
Qeyd edək ki, 2012-ci ildə bu universitetdə baş verən terror nəticəsində 134 tələbə həyatını itirmişdi.

İnterpress.az