Tanınmış vəkil və aktyor Corc Kluninin xanımı Amal Kluni Avropa İnsan Hüquqları Məhkəməsində jurnalist Xədicə İsmayılovanı müdafiə edəcək.
İnterpress.az xəbər verir ki, bu barədə “Amerikanın Səsi” xəbər yayıb. Bildirilir ki, xanım Kluni bunu Amerikanın NBC kanalına müsahibəsində deyib ki, o, medianın hüquqi müdafiəsi təşəbbüsünü təmsil edən vəkillə birlikdə İsmayılovanın həbsinə etirazla Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcək.
Xədicə İsmayılovanın vəkilləri isə hələlik Kluni ilə razılığın əldə olunduğunu təsdiq etməyib.
Qeyd edək ki, Türkiyə İşçi Partiyasının lideri Doğu Perinçəyin “erməni soyqırımı” məsələsi ilə bağlı İsveçrə, Ermənistan və Fransa ilə Avropa İnsan Haqları Məhkəməsindəki davasında Ermənistan hökumətinin vəkili və müdafiəçisi məşhur hollivud aktyoru Corc Kluninin həyat yoldaşı Amal Kluni olub.
“Erməni soyqırımı” iddiasını müdafiə etməklə gündəmə gələn erməni əsilli Amal Kluni Ermənistanın maraqlarını Avropa məhkəmələrində müdafiə edib.
Xatırladaq ki, Xədicə İsmayılova 2014-cü ilin dekabrın həbs edilib və 2015-ci ilin sentyabrında isə 7,5 il müddətinə azadlıqdan məhrum edilib.
İnterpress.az