\”Marja\” xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.
Mərkəzi Bankın saytında verilən ən son məlumata görə, 01 Dekabr 2015-ci il tarixində əhalinin əmanətləri 7 milyard 89,5 milyon manat təşkil edib. Göründüyü kimi, əmanətlər manat ifadəsində 2,3 milyard manatdan çox artıb (9,4 -7,09=2,31). Əlbəttə, əhali banklarda əmanətlərini artırmayıb, əmanətlər devalvasiya ilə bağlı artıb.
21 Dekabr 2015-ci il tarixində Mərkəzi Bank 47,6% devalvasiya həyata keçirib və həmin vaxtdan bu günədək Dollar Manat qarşısında daha 4% güclənib.
Əhalinin banklardakı əmanətlərinin təxminən 76,5%-i və ya 5 milyard 420,5 milyon manatı xarici valyutadadır.
Interpress.az