Çünki, bu virusların əlamətləri demək olar ki, oxşardır. Ona görə də, mən məsləhət görürəm ki, məktəblərdə mövsümü qripə yoluxan uşaqlar bir neçə gün məktəbə buraxılmasınlar\”.
Bu sözləri Movqe.az-a açıqlamasında Azərbaycan Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın direktoru Rakif Abdullayev deyib. R. Abdullayev bildirib ki, \”donuz qripi\”nə görə, yanvar ayı ərzində 80-dən çox müraciət daxil olsa da, müraciət edən heç bir şəxsdə A (H1N1) virusu aşkarlanmayıb: \”İnsanlar arasında yayılmış xəstəlik, mövsümü qrip və yuxarı tənəffüs yollarının kəskin respirator xəstəliyidir. Bu xəstəliyin əlamətləri də elə \”donuz qripi\”nə oxşardır. Ona görə də, əhali narahatçılıq keçirir. Amma əmin edirəm ki, bu virus hələki Azərbaycanda heç bir insanda aşkarlanmayıb. Əhali özünü mövsümü qripdən, kəskin respirator xəstəlikdən qorumalıdır. Buna görə də, uşaq qrip olanda onu bir neçə gün evdə saxlamaqla müalicə etmək lazımdır. Xəstə uşaqlar məktəbə buraxılmamalıdır. Sağalana qədər məktəbə göndərmək düzgün deyil\”.
Qeyd edək ki, Azərbaycanla sərhəd ölkələrdə artıq A (H1N1)-(donuz qripi) virusuna yoluxan və bundan dünyasını dəyişməsi ehtimal olunduğu barədə xəbərlər yayılıb.
İnterpress.az