İnterpress.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, yalnız erməni mətbuatından götürülən məlumatlara əsasən düşmən tərəfi 2015-ci ildə ölü olaraq 83 nəfər, yaralı olaraq isə 100 nəfərdən artıq itki verib.
Dağlıq Qarabağdan orduya çağırılanlar, məcburi surətdə silahlandırılıb səngərlərə yerləşdirilən mülki əhali və qaynar nöqtələrdən gətirilən muzdlular arasındakı itkilər də statistik məlumatlar hazırlanarkən nəzərə alınmalıdır.
Erməni ictimaiyyətindən gizlədilən, müxtəlif mənbələrdən, o cümlədən elə düşmənin daxilindən əldə edilən məlumatlardakı rəqəmləri də hesablasaq erməni xalqı üçün dəhşətli bir rəqəm alınır. Hətta təqribi hesablamalara əsasən düşmən tərəfinin 2015-ci ildə verdiyi itki 276 nəfərdən çoxdur.
2016-cı ilə də düşmən tərəfi itkilərlə başlayıb. Ermənilər döyüş itkilərinin gizlədilməsi, hadisə və cinayətlərin ört-basdır edilməsi barədə çox ciddi tapşırıqlar verib və bu istiqamətdə tədbirlər göməyə çalışırlar.
Bu il yanvarın 19-da baş verən, lakin düşmən tərəfindən gizlədilən, əldə etdiyimiz yalnız bir faktı təqdim edirik. Belə ki, həmin gün saat 17.20-də Ermənistan silahlı qüvvələrinin əsgəri, 2014-cü ildə hərbi xidmətə çağırılmış, artilleriya divizionunun hərbi qulluqçusu Avetisyan Edqar Vartaninin silahla ehtiyatsız davranması nəticəsində, sağ qolunun alt nahiyəsindən yaralandığı üçün onun hospitala yerləşdirilməsi və hadisənin ört-basdır edilməsi barədə komandirlərə qəti tapşırıq verilib.
Erməni mətbuatının ordularındakı ölüm halları barədə yaydıqları məlumatların statistikası:
İnterpress.az