Azadinform İRNA-ya istinadən xəbər verir ki, sənədləri İranın nəqliyyat naziri Abbas Axundi və Ermənistanın nəqliyyat və kommunikasiya naziri Qaqik Beqlaryan imzalayıb.
Qeyd edək ki, Axundi İran, Ermənistan, Gürcüstan, Bolqarıstan və Yunanıstan arasında beynəlxalq dəhlizin yaradılmasını alqışlayıb.
İranlı nazir bildirib ki, ölkəsi Yaxın Şərq dəhlizi ilə Mərkəzi Asiya arasında əlaqə yaratmaq üçün 4 vacib regional marşurtu aktivləşdirmək istəyir.
Nazirin sözlərinə görə, İranla Ermənistan arasındakı birinci dəhliz Türkiyə vasitəsilə Qara dənizə çıxışı asanlaşdırmaq üçün nəzərdə tutulub.
İkinci dəhliz Azərbaycandan keçərək Qara dənizlə əlaqə yaradan, üçüncü Xəzər dənizindəki Əmirabad limanından Gürcüsatana, sonra Qara dənizə gedən dəhliz olacaq.
Dördüncü dəhliz Ermənistan və Poti limanı vasitəsilə Qara dənizlə əlaqə yaradacaq.
İnterpress.az