\”İnterpress\” xəbər verir ki, bu barədə məlumatı Oxu.Az Rusiya mətbuatına istinadən yayıb.
“İttiham aktına əsasən şübhəli Mixelyev Rostov Leninsk rayonunun vergi müfəttişliyinə şirkətin 2010-2011-ci illərdəki fəaliyyətinə dair vergi bəyannaməsi təqdim edib. Bu bəyannamədə yalan məlumatlar əksini tapıb, şirkətin su nəqliyyatı ilə daşıdığı yüklərdən əldə edilən gəlirlərin məbləği azaldılıb.
“Palmali” ASC şirkətinin direktoru qanunla təyin edilmiş müddət ərzində 2010-cu il ərzində təşkilatın 881 milyon rubldan çox (10395800) və 2011-ci il üçün 401 milyon rubldan çox (4731800 dollar) gəlir vergisini ödəməyib”, – Rusiyanın İstintaq Komitəsinin Cənub istintaq idarəsindən bildiriblər.
Nəticədə “Palmali” ASC şirkəti iki il ərzində ümumi olaraq xüsusilə iri məbləğ hesab edilən, 1 milyard 282 milyon rubl (3327600 dollar) məbləğində vergidən yayınıb.
Cinayət işinin qaldırılması üçün əsas Federal vergi xidməti və DİN tərəfindən təqdim edilmiş materiallar olub.
Qeyd edək ki, “Palmali” ASC şirkətinin sahibi əslən Azərbaycandan olan Mübariz Mənsimovdur.
“Palmali” ASC şirkəti 2000-ci ildə yaradılıb, “Palmali” şirkətlər qrupuna daxildir və sürətlə inkişaf edən yükdaşıma şirkətidir. Rusiyanın cənubunda ən iri neft məmulatları daşıyıcısıdır.
Şirkətin sərəncamına və əmlakına qarışıq üzmə növlü (çay-dəniz) 50 gəmi daxildir. Bu gəmilər həm Rusiya, həm də xarici dövlətlərin bayraqları altında üzür.
42 yaşlı Aleksey Mixelev 2008-ci ilin martından bu günə qədər “Palmali” Rostov-na-Donu şirkətinin direktorudur, şirkətin əməkdar işçisidir.
İnterpress.az