Virtualaz.org Vergilər Nazirliyinin məlumatına əsasən xəbər verir ki, təsisçinin ləğvetmə qərarı yanvarın 19-da verilib.
Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu Rəşid Behbudov küçəsi, ev 59, mənzil 63 ünvanına bildirə bilərlər.
\”Maccaferri\” şirkətinin əsası 1879-cu ildə İtaliyada qoyulub. \”Maccaferri Azerbaijan\” MMC-nin əsas işi mülki və ətraf mühitdə mühəndislik və müdəfiə işlərinin görülməsi, xüsusən də torpaq möhkəmləndirilməsi, drenaj sistemləri, sualtı boru kəmərinin qorunması, tunelin bərkidilməsi, qaya-sürüşmədən mühafizə torlarını quraşdırma və texniki həllərin satışı və təchizatı sahəsində ixtisaslaşıb.
İnterpress.az