Xəstəxanada ona Babək həkim baxırdı. O dedi ki, \”rentgendən keçib, heç bir problemi yoxdur, dörd qabırğası sınıb\”. Evə gəldim ki, Rasimə paltar aparım. Oğlum zəng vurdu ki, Cavid Hüseynov və \”Qəbələ\” klubunun meneceri xəstəxanaya gəlib. Rasim Cavidin peşmançılıq hissi keçirdiyini bildirdi. Oğlum dedi ki, əvvəlcə Cavid Elşənin onun bibisi oğlu olduğunu danıb. Bir qədər sonra Babək həkim zəng vurub dedi ki, Rasimin vəziyyəti pisləşib, özününüzü xətəxanaya çatdırın. Xəstəxanada bizi Babək həkim və saday həkim qarşıladı. Saday həkim Babək həkimə dedi ki, \”Rasimin sağ və sol qabırğaları sınıb, niyə mənə bu haqda deməmisiz?\” Babək isə həmkarına \”məlumat vermişik də…\” dedi. Rasim reanimasiya şöbəsində yatırdı. Məni zorla otaqdan çıxartdılar. Səhərə yaxın oğlum keçindi\”.
Məhkəmənin növbəti prosesi yanvarın 26-na təyin edilib.
İnterpress.az