İcra başçısı sakinlərlə görüşdü – Lənkərandabackend

İcra başçısı sakinlərlə görüşdü – Lənkəranda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Görüşü açan İcra başçısı Taleh Qaraşov ölkənin və rayonun sosial-iqtisadi və mədəni həyatında baş verən inkişafdan danışıb. İcra başçısı nitqində siyasətin hesabına yaradılmış iqtisadi potensialın, bu gün dövlətin iqtisadi təhlükəsizliyini təmin etdiyini, onu dəhşətli böhranın təsirindən qoruduğunu ətraflı izah edərək neftdən gələn gəlirlərin ölkənin inkişafına, vətəndaşların rifah-halının yaxşılaşmasına, ordu quruculuğuna sərf olunduğunu bildirərək xalqı Vətənin tərəqqisinə xidmət etməyə səsləyib.

Görüşdə çıxış edən şəhər sakinləri Prezidentin davamlı diqqəti ilə Lənkəran şəhərinin sosial-iqtisadi inkişafı sahəsində görülən işləri razılıq hissi ilə qarşıladıqlarını söyləyib. Onlar anti-böhran tədbirlərini, maaş və müavinətlərin artırılmasını, çörək və un məhsullarının qiymətlərinin tənzimlənməsi ilə bağlı sərəncamlarını alqışladıqlarını bildirib.

Görüşün sonunda İcra başçısı vətəndaşların müraciət və təkliflərini dinləyərək onların həlli ilə bağlı aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlarını verib.

İnterpress.az