1993-cü il təvəllüdlü Rüstəmov Cavid Asif oğlu dənizkənarı Milli Parka gəlib və özünü dənizə atmaq istəyib. Bu zaman parkın mühafizəçiləri həmin şəxsi görüb və onun intihar etməsinin qarşısını alıblar.
Məlum olub ki, vətəndaşın banka borcu olduğundan və iş tapa bilmədiyi üçün özünü öldürmək qərarına gəlib. Həmin şəxsin intihara cəhddən əvvəl alkoqol qəbul edib. Hadisə yerinə təcili yardım və Səbail rayon 9-cu polis bölməsinin əməkdaşları gəlib. Cavid Rüstəmov 1 saylı şəhər klinik xəstəxanasına aparılıb. Xəstənin vəziyyətinin yaxşı olduğu qeyd edilir.(femida)
İnterpress.az