Musavat.com-un əldə etdiyi məlumata görə, Yasamal rayonunda avtobusa minmək istəyən qadın avtobusdan yıxılıb.
Hadisə Bakı şəhər sakini 1947-ci il təvəllüdlü Şükufə Cabbar qızı Hüseynovanın A.Şərifzadə küçəsi 204-ün qarşısında naməlum avtobusa minmək istəyərkən baş verib.
Bud sümüyünün sınığı və sarğı nahiyyəsinin sıyrılmış xəsarəti ilə Klinik Tibbi Mərkəzə daxil olan Ş.Hüseynova müalicə aldıqdan sonra evə buraxılmışdı.
Hadisədən 2 aydan çox vaxt keçdikdən sonra Ş.Hüseynova yaşadığı evdə dünyasını dəyişib. Ş.Hüseynovanın aldığı bədən xəsarətlərindən dünyasını dəyişdiyi deyilir.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 263.1-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma)maddəsi ilə cinayət işi başlanıb.
İnterpress.az