Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev AzNews.az-a açıqlamasında bildirib ki, XİN sistemində Fəxrəddin Əliyev adlı şəxs işləməyib: “Çox təəssüf edirik ki, belə bir məlumat yayılıb. Yalan və böhtandır. Xarici İşlər Nazirliyində belə adam işləməyib”.
Qeyd edək ki, yayılan məlumatlara görə, yanvarın 22-də Azərbaycanın İstanbuldakı baş konsulunun keçmiş müavini Fəxrəddin Əliyev özünü güllələyərək intihar edib. Bildirilir ki, İstanbul Əmniyyətinin Asayiş Şöbə Müdirliyi hadisə ilə bağlı təhqiqat başladığı bildirilib.
İnterpress.az