Azərbaycanın “Formula 1”ə xərcləyəcəyi məbləğ açıqlandıbackend

Azərbaycanın “Formula 1”ə xərcləyəcəyi məbləğ açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyalı avtoklubun rəhbəri Stiççi Damiani Azərbaycanın Bakıda keçiriləcək “Formula 1” mərhələsinə xərcləyəcəyi məbləği açıqlayıb.

İnterpress-in Autoweek-ə istinadən məlumatına görə, Damiani bəyan edib ki, ölkəmiz “F1” rəhbəri Berni Ekklstouna 2016-cı ildən 2018-ci ilədək keçiriləcək 3 yarışa görə 150 milyon dollar ödəyəcək.

Damiani həmçinin bildirib ki, Ekklsoun İtaliyada keçiriləcək Qran-Pri-yə görə ildə 28 milyon dollar istəyir, lakin İtaliya yalnız 20 milyon dollar ödəməyə hazırdır.

İnterpress.az