Bu barədə \”Bloomberg\” agentliyinə müsahibəsində Qazaxıstanın baş naziri Karim Masimov deyib.
\”Neftin 1 barelinin qiyməti 30 dollar olduğu halda, Qazaxıstanda ÜDM istehsalı sıfır ətrafında olacaq. Biz dövlət büdcəsində neftin baza qiymətini 1 barelə görə, 40 dollardan hesablamışıq, lakin bu rəqəm 30 dollaradək enə bilər. Neftin 1 barelinin qiyməti 16 dollara ensə belə, biz buna dözərik. Düzdür, bəzi layihələr korreksiyaya məruz qalacaq\”, – deyə K. Masimov bildirib.
Baş nazirin proqnozuna əsasən, cari ilin birinci yarısında neftin 1 barelinin qiyməti 20 dollara enə bilər. Bununla belə, ilin ikinci yarısında bu rəqəm 30-40 dollaradək artacaq.
Xatırladaq ki, Qazaxıstan hökumətinin proqnozuna əsasən, bu il ÜDM artımı 2,1% təşkil edəcək.
İnterpress.az