Teleradio Şurasından İTTİHAM: “Efirdə azərbaycanca danışa bilməyən ziyalılarımız da var”backend

Teleradio Şurasından İTTİHAM: “Efirdə azərbaycanca danışa bilməyən ziyalılarımız da var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

T.Dadaşov bildirib ki, verilişin formatından irəli gələrək iştirakçılar arasında kəskin diskussiyalar var:
“Ola bilər ki, bu, tamaşaçılara xoş gəlmir. Ona görə də verilişin aparıcıları bunu nəzərə almalıdır. Verilişin iştirakçıları olan qızlara müəyyən təlimatlar versələr yaxşı olar”.

Şura təmsilçisi hesab edir ki, izləyicilər verilişlə bağlı dil məsələsini dramatikləşdirirlər:

“Verilişdə Azərbaycan dili ilə bağlı ciddi problem yoxdur. Barəsində danışılan Günay Musayeva heç veriliş aparıcısı da deyil. Nəzərə alınmalıdır ki, əsas tələblər aparıcılarla bağlıdır.

Ümumiyyətlə, Azərbaycanda elə verilişlər var ki, orada xaricdən gələn nümayəndələr olur, hətta rus dilində danışanlar da olur. Təəssüf ki, azərbaycanca danışmağa çətinlik çəkən, sırf rus dilində danışan Azərbaycan ziyalıları da var. Onlar öz dilimizdə danışa bilmir, aparıcı isə onun dediklərini tərcümə edir.

Günay Musayeva da uzun müddət Türkiyədə yaşadığına görə ana dilində danışmağa çətinlik çəkir. Mən buna haqq qazandırmıram. Amma iştirakçı və telekanal tərəfindən məqsədyönlü şəkildə “Azərbaycan dilinə hörmətsizlik olunub” deyilməsi yoxdur.

“Teleradio haqqında” qanunda verilişlərin dövlət dilində olması ilə bağlı tələb var. Amma əsas tələblər aparıcılara aiddir. Ölkəmizdə türk dilinə yaxınlıq var. Bizimkilər də ora gedəndə türkcə danışırlar. Mən hesab edirəm ki, burada ciddi nöqsan yoxdur. Burada müəyyən məqsədyönlü rəqabət aparan adamlar, kanallar ola bilər ki, məsələni gündəmdə saxlayırlar”. Verilişdən ayrılan iştirakçılar efirdə dava salınması üçün aparıcılar tərəfindən göstəriş aldıqlarını deyib və bildiriblər ki, buna əməl etməyənlərin layihədən kənarlaşdırılması nəzərdə tutulub.(modern)

Şöbə müdiri deyib ki, bunlar, kiminsə iddiasıdır:“Əgər varsa belə, bu özlərinin problemidir. Belə halla qarşılaşanlar verilişi məhkəməyə verə bilər.

Biz efirdə olan hadisəyə reaksiya verə bilərik. Mən proqram direktoru ilə də şəxsən danışmışam. Məsələ diqqətimizdədir. Amma məsələni xüsusi şişirdənlər də nəzərə alınmalıdır. Demək istəyirəm ki, media ekspertlərini də buna alət etməsinlər”.

İnterpress.az