Nazirin söz atdığı ekspertlərdən – Açıqlamabackend

Nazirin söz atdığı ekspertlərdən – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazir müsahibəsində Mərkəzi Bankın “üzən məzənnə” yə keçidlə bağlı qərarına da toxunub. S. Şərifov bildirib ki, Mərkəzi Bank rəsmi olaraq “üzən məzənnə” siyasətinə dekabr ayında keçib.

“Bu zaman manatın məzənnəsi Mərkəzi Bank tərəfindən bir günə 48 faiz endirildi. Yəni, bunlar bir qədər yüksək devalvasiyaya getməklə sonrakı hadisələri qabaqlamış oldular. Güman edirəm ki, Mərkəzi Bank tərəfindən “üzən məzənnə” ilə bağlı addımlar gedir. Manatın məzənnəsi 1.55- dən çox yox, amma bir qədər enir. Mən hesab edirəm ki, manatın məzənnəsini bazar müəyyən etməli idi, Mərkəzi Bank deyil”- deyə fikrini səsləndirib.

Maliyyə naziri 21 dekabr qərarını yüksək devalvasiya adlandırıb. Halbuki Mərkəzi Bankın sədri Elman Rüstəmov mətbuata açıqlamalarında qərarı devalvasiya deyil, “üzən məzənnə” adlandırmışdı.

Nazirin manatın taleyi ilə bağlı qərarın Mərkəzi Bank tərəfindən deyil, bazar tərəfindən müəyyən edilməsinin daha düzgün variant olduğuna toxunması məsələsi bu gün aktual olaraq qalır.

Qeyd edək ki, 21 dekabr devalvasiyasından sonra manatın dollara qarşı məzənnəsində demək olar ki, hər gün artımlar baş verir. İndiki durumu nəzərə alsaq, maraqlıdır ki, Azərbaycanda manatın məzənnəsi həqiqətən də “üzən məzənnə” siyasəti ilə dəyişirmi, yoxsa Mərkəzi Bank tərəfindən prosesə inzibati yollarla müdaxilə edilirmi?

Bildirək ki, “üzən” valyuta məzənnəsi rejimi Mərkəzi Bank tərəfindən valyuta məzənnəsinin tənzimlənməsinə yönəldilmiş tədbirlərin həyata keçirilməsi imkanını istisna etmir. Belə ki, müstəsna hallarda Mərkəzi Bank məzənnənin kəskin tərəddüdlərinin qarşısını almaq məqsədilə valyuta bazarına müdaxilə edib məzənnə dəyişikliyini “hamarlaya” bilər.

S. Şərifov müsahibəsində bir məsələyə də toxunaraq, fevral ayından bəri mətbuat səhifələrində müxtəlif təhlilçilərin gündən-günə ajiotaj ssenariləri dərc etdiklərini xatırladaraq iqtisadçıları tənqid edib:

“Bunların sayı 4-5 nəfərdir. Biri deyir ki, neftin qiyməti düşəcək, dolların qiyməti qalxacaq, manat öləcək. Manat bizim milli valyutamızdır. Hamı ona hörmətlə yanaşmalıdır”.

“Qafqazinfo” nazirin vurğuladığı bir sıra məsələlərlə bağlı iqtisadçı ekspertlərin münasibətini öyrənib.

Nazirin söz atdığı ekspertlərdən - Açıqlama

Natiq Cəfərli bildirib ki, Azərbaycanda “üzən məzənnə” anlayışı yoxdur: “Bu siyasətə keçmək üçün Azərbaycanda birjalar, qiymətli kağızlar bazarı, ölkəyə valyuta gətirən çoxlu sayda şirkətlər yoxdur. Bunlar “üzən məzənnə”yə keçidin əsas parametrləridir. Adı üzən məzənnə olsa da, razılaşdırılmış və elan olunmuş məzənnədir. Nazirin məzənnəni bazar müəyyən etməlidir fikri iqtisadi kateqoriyalara uyğundur. Rusiya və Qazaxıstanda olduğu kimi, Azərbaycanda belə birjaların olmamağı buna çətinlik yaradır”.

Ekspert nazirin onlar barədə səsləndirdiyi fikirlərə də münasibət bildirərək qeyd edib ki, Samir Şərifov əslində tənqid etmədi, təriflədi: “Yəni bizim fevraldan bəri yazdıqlarımız dekabr ayında baş tutdu. Əgər dekabrın 21- də devalvasiya olmasaydı, manat dəyərdən düşməsəydi, o zaman Samir müəllim haqlı olardı. Fevraldan bəri yazdıqlarmız indiki iqtisadi sistem, dünyada baş verən proseslər, neftin qiymətləri fonunda manatı saxlamağın mümkün olmayacağı ilə bağlı idi. Məntiqlə yəni, Samir Şərifov onu demək istəməzdi ki, biz yazmasaydıq, devalvasiya olmazdı. Devalvasiyanı doğuran faktorlar var idi. Bu da Azərbaycanın uzun müddət neft faktorundan asılı vəziyyətdə qalması idi. Biz gözləntilərimizi, apardığımız hesablamaları ictimaiyyətlə bölüşürdük. Doğru edirdik və bundan sonra da etməkdə davam edəcəyik. Bizim yazdığımız baş veribsə, deməli, əslində bizi tərifləyib.

Mərkəzi Bank hələ də bunu “üzən məzənnə” yə keçid kimi təqdim edir. Amma Samir Şərifov haqlıdır. Bu klassik devalvasiya idi. Bir gecədə manat 48 faiz dəyərdən düşürsə, bunun adı “üzən məzənnə” yox, devalvasiyadır. Mərkəzi bank yenidən manatın məzənnəsini aşağı salacaqsa, bu yenə də inzibati qərarla olacaq”.

Nazirin söz atdığı ekspertlərdən - Açıqlama

İnterpress.az
https://youtube.com/watch?v=gcmi85xXyCg