Bu haqda “Basta”ya sessiyada iştirak edən Nigar Yaqublu Strasburqdan məlumat verib.
Pedro Aqramunt AŞ PA sədri kimi ilk çıxışında beynəlxalq terrorizmə qarşı mübarizədə İslam dünyası ilə əməkdaşlığın zəruri olduğunu deyib: “Islamçı terrorizmin məqədi Avropa dəyərlərini dağiltmaqdır. Ancaq bu o demək deyil ki, bu islamdir. Milyonlarla islamçı bu terroru lənətləyir. Biz onlarla müttəfiq olmalıyıq”.
Pedro Aqramunt çıxışının əsas hissəsini Rusiyaya həsr edib: “Rusiya Ukraynadan aldığı əraziləri geri qaytarmalıdır. Biz Gürcüstandakı, Azərbaycandakı və Ukraynadakı münaqişələri çözməliyik. Biz avropalı olaraq, ixtilafları aradan qaldırmalıyıq. Bu məsələdə Rusiyanin böyük rolu var ve Rusiya da öz əməllərindən əl çəkməlidir”.
İnterpress.az

