Hadisə Hacıqabul şəhəri, İbrahim Bayramov küçəsində qeydə alınıb.
Həmin ünvanda yerləşən 3 köhnə yaşayış binası alovlanmağa başlayıb. Hadisə yerinə Hacıqabul və Şirvan yanğından mühafizə hissələrinə məxsus texnika və canlı qüvvə cəlb olunub. Binada yaşayan 6 ailə təxliyə edilib, 1 nəfər xəsarət alıb.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. ( report.az )
İnterpress.az