Rusiya İstehlakçıların hüquqlarının müdafiəsinə nəzarət federal xidmətindən (Rospotrebnadzor) bildiriblər ki, 53 yaşlı azərbaycanlının ölümünə səbəb 7 gün ərzində evdə müalicə alması və xəstəxanaya gec müraciət etməsidir. Onun А/H1N1 (\”donuz qripi\”) virusundan öldüyü ehtimal edilir.
Xatırladaq, ötən ilin noyabrında da vilayətin Yeni Urenqoy şəhərində А/H1N1 (\”donuz qripi\”) virusundan ölüm faktı qeydə alınıb.
Son 1 həftədə isə şəhərdə kəskin respirator virus infeksiyası səbəbi ilə xəstəxanalara müraciət edənlərin sayı artıb.
İnterpress.az