Komissiya sədri: Vulkan püskürən zaman alov 20 metrədək qalxıbbackend

Komissiya sədri: Vulkan püskürən zaman alov 20 metrədək qalxıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-minerologiya elmləri doktoru, professor Adil Əliyev deyib.

Onun sözlərinə görə, ilkin məlumatda Axtarma Paşalı vulkanın püskürdüyü bildirilsə də, onun yanındakı vulkan da püskürə bilər.

A.Əliyev qeyd edib ki, Axtarma Paşalı vulkanı 1-2 il bundan əvvəl püskürmüşdü. Onun yanındakı vulkan isə 15 ildir ki, püskürmür.

Qeyd edək ki, püskürmə bu gecə saat 03.00 radələrində qeydə alınıb və səhər saatlarına qədər davam edib. Vulkan Şirvan şəhərinin 35 km-liyində yerləşir. Odla müşayiət olunan vulkan 30-35 metr hündürlüyə qədər qalxıb, ətraf ərazilərdən aydın müşahidə olunub.

İnterpress.az